53 yaşlı kişini öldürən yeniyetmənin məhkəməsi başlayır
Ötən ilin sentyabrında Göyçayda 1968-ci il təvəllüdlü Əli Əliyevi bıçaqlayaraq öldürən 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin məhkəməsi başlayır.
“Azadsəs.az” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Nahid Mirzəyev sədrlik edəcək. Yeniyetmə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, sözügedən hadisə ötən ilin sentyabrında baş verib. Belə ki, İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Qətlə yetirilən Göyçay rayon sakini subay olub. O, bir vaxtlar törətdiyi cinayətə görə Rusiyada 20 il həbs cəzası çəkib.