azadses.az » Kriminal » Polis heroinlə tutmuşdu, günahsız olduğu 1 il sonra bilindi

Polis heroinlə tutmuşdu, günahsız olduğu 1 il sonra bilindi

Oğurluq və narkotik saxlama ittihamı ilə həbs edilən şəxsin 1 il məhbus həyatı yaşadıqdan sonra təqsirsiz olduğu ortaya çıxıb.

“Azadsəs.az”ın “Kriminalqafqaz”a istinadən məlumatına görə, Bakı sakini Zaur Qarayev 2021-ci ilin martında saxlanılıb. Bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verib və zaldan azadlığa buraxılıb.

Belə ki, ittihamda Z.Qarayevin avtobusda qadın sərnişinə məxsus 762 manat pulu oğurlaması və satış məqsədilə külli miqdarda narkotik saxlaması göstərilib. İddia olunub ki, Xətai rayonu, 35-ci polis bölməsində onun üzərindən 12 qrama yaxın heroin çıxıb.

Z.Qarayev isə məhkəmədə bildirib ki, ümumiyyətlə, narkotikin heç bir növünü tanımır: “Ali təhsilliyəm və evin tək oğluyam. Anamla birlikdə yaşayırıq. Cinayət işinin materiallarında martın 16-da küçədə saxlanıldığım yazılsa da, martın 15-də polislər məni evdən götürüb apardılar. İki nəfər mülki, üç nəfər polis formasında idi. Məni 35-ci bölmənin rəis müavininin otağına apardılar. Orada mənə oğurluqla məşğul olduğum deyildi. Cinayəti üzərimə götürmək üçün işgəncələrə məruz qaldım”.

Məhkəmədə dindirilən 35-ci polis bölməsinin əməkdaşları isə Qarayevin dediklərini təkzib ediblər. Onlar bildiriblər ki, bu şəxsin narkotiklərin dövriyyəsilə məşğul olması haqda məlumat alıblar, əməliyyat keçirib, binanın qarşısında onu saxlayıblar. O, işgəncəyə məruz qalmadan, könüllü şəkildə cibindəki narkotiki təqdim edib. Deyib ki, tanımadığı şəxsdən 350 manata alıb.

Zaurun anası məhkəmədə deyib ki, bölmədə Vüqar adlı polis ona nömrəsini verib: “Demişdi ki, oğlun buraxılacaq, anlaşılmazlıq olub. Dedi portmanatı oğurlanan qadına dəymiş ziyan ödənilsə, oğlun buraxıla bilər. Bilirdim ki, bu işin oğluma aidiyyəti yoxdur, amma yenə də 760 manatın əvəzinə 800 manat ödədim. Məni aldatdılar. Oğlum FHN-də hərbi xidmət keçib, Rabitə Nazirliyində işləyib”.

Məhkəmə baxışında məlum olub ki, istintaq zamanı təqdim olunan videogörüntülərlə protokolların məzmunu arasında ziddiyyətlər var. Zaur Qarayevin oğurluq və narkotik saxlama əməlləri sübuta yetirilməyib. Bundan başqa onun əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Konstitusiyanın tələbləri kobud şəkildə pozulub, məsuliyyətə cəlb olunması məqsədilə hüquqları kobud şəkildə pozulub, sübutlar qəsdən saxtalaşdırılıb. İş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunub, şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilib. O, qanunsuz olaraq polis bölməsində saxlanılıb.

Hadisədən sonra pul kisəsi oğurlanan qadının pulqabısı “Ukrayna dairəsi”nin yaxınlığında JEK işçisi tərəfindən tapılıb. Zaurun üzərindən çıxan narkotikin kimə məxsus olmasının araşdırılması üçün materiallar prokurorluğa göndərilib.

Z.Qarayev barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb. Ona bəraət alması ilə əlaqədar cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı