7 il həbs verilmiş qardaşlar bəraət aldı
Keçmiş arvadına qarşı dələduzluq etməkdə təqsirli bilinərək həbs edilmiş ər və onun qardaşı bəraət alıb.
“Azadsəs.az” xəbər ki, Fərid Abdullayev və qardaşı Faiq Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onların vəkili Ceyhun Yusifov bildirib ki, uzun araşdırmadan sonra Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edərək qardaşlar barəsində bəraət qərarı çıxarıb. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Vüsalə Atayeva keçmiş həyat yoldaşı Faiq Abdullayev və qardaşı Fərid Abdullayevi ona qarşı 200 min manata yaxın dələduzluq etməkdə ittiham etmişdi. İttihama görə, qardaşlar V.Atayevanı məşğul olduqları avtomobil icarəsi biznesinə vəsait qoyub gəlir götürəcəyinə inandıraraq pulunu ələ keçiriblər.