Arvadını çəkiclə vurub öldürmək istəyən ərin məhkəməsi başlayır
![](/uploads/posts/2022-02/medium/1644463018_mehkeme.jpg)
“Azadsəs.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş vermişdi. Belə ki, qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın əri 1957-ci il təvəllüdlü Sərdar Namazov şəxsi münasibətlər zəminində arvadının baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd etmişdi.