Rusiya istiqraz ödənişini dollarla etdiyini açıqladı
- 29-04-2022, 20:49
- İqtisadiyyat
“Vaxtı keçmiş xarici borclar üzrə istiqraz ödənişləri dollarla həyata keçirilir”.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.
“Citibank”a 564,8 milyon dollar dəyərində Rusiya-2022 və 84,4 milyon dollarlıq Rusiya-2042 avroistiqraz ödənişləri edilib. Müvafiq avroistiqraz ödənişləri ABŞ dolları ilə həyata keçirilib. Beləliklə, ixrac sənədlərində göstərilən şərtlərə uyğun olaraq müvafiq öhdəliklər yerinə yetirilib”, - açıqlamada deyilir.
Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın ödəməli olduğu xarici borclarını ödəməməsi ehtimalı narahatlıq doğurub.
Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina aprelin 21-də verdiyi açıqlamada ölkəsində defolt riskinin olmadığını deyib:
“Rusiyanın bütün lazımi maliyyə resursları var, heç bir defolt bizi qorxurtmur”.
Qeyd edək ki, Rusiyanın 2022-2047-ci illər arasında ödəmə müddəti olan 15 aktiv istiqrazı var.