Rusiyadan ABŞ-a kəskin etiraz
“Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Vaşinqtondakı səfirliyi yaxınlığında düşmənçilik aksiyalarına görə ABŞ səfiri Con Sallivana kəskin etirazını bildirib”.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fevralın 28-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Moskvadakı səfiri Con Sallivanla görüşüb. Səfirə Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərində düşmən ünsürlərin hərəkətləri və xarici diplomatik missiyaların təhlükəsizliyinə cavabdeh olan Amerika hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi ilə bağlı kəskin etiraz bildirilib.
Vaşinqtonun beynəlxalq öhdəliklərinə uyğun olaraq, Rusiya xarici nümayəndəliklərinin toxunulmazlığının təmin edilməsi, onların əməkdaşlarının və ailə üzvlərinin həyat və sağlamlığının qorunması üçün təcili kompleks tədbirlərin görülməsi tələbi verilib”, - məlumatda qeyd edilir.