Главная > İqtisadiyyat > Rusiya istiqraz ödənişini dollarla etdiyini açıqladı
Rusiya istiqraz ödənişini dollarla etdiyini açıqladı29-04-2022, 20:49. Разместил: admin |
“Vaxtı keçmiş xarici borclar üzrə istiqraz ödənişləri dollarla həyata keçirilir”. “Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb. “Citibank”a 564,8 milyon dollar dəyərində Rusiya-2022 və 84,4 milyon dollarlıq Rusiya-2042 avroistiqraz ödənişləri edilib. Müvafiq avroistiqraz ödənişləri ABŞ dolları ilə həyata keçirilib. Beləliklə, ixrac sənədlərində göstərilən şərtlərə uyğun olaraq müvafiq öhdəliklər yerinə yetirilib”, - açıqlamada deyilir. Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın ödəməli olduğu xarici borclarını ödəməməsi ehtimalı narahatlıq doğurub. Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina aprelin 21-də verdiyi açıqlamada ölkəsində defolt riskinin olmadığını deyib: “Rusiyanın bütün lazımi maliyyə resursları var, heç bir defolt bizi qorxurtmur”. Qeyd edək ki, Rusiyanın 2022-2047-ci illər arasında ödəmə müddəti olan 15 aktiv istiqrazı var. Вернуться назад |