Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirdi
Rusiya Mərkəzi Bankı yüksək faiz endirimi qərarı verib.
“Azadsəs.az” xəbər verir ki, bank uçot dərəcəsini 300 bənd azaldaraq 17 faizə endirib.
Qərar aprelin 11-dən qüvvəyə minəcək.
Bank aprelin 29-u keçiriləcək növbəti iclasında əlavə faiz endirimlərinin də mümkün olacağını istisna etməyib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı Qərb ölkələrinin sanksiyaları səbəbindən fevralın 28-də uçot dərəcəsini 9,5 faizdən 20 faizə qaldırmışdı. Beləliklə, ölkədə uçot dərəcəsi son 20 ilin ən yüksək səviyyəsinə çatmışdı.