Rusiya bu ölkənin 8 diplomatını ölkədən çıxarır
Rusiya Yaponiya səfirliyinin səkkiz əməkdaşını ölkədən çıxarır.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Onlar mayın 10-dək Rusiya ərazisini tərk etməlidirlər. Aprelin 27-də Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb və ona bildirilib ki, Rusiyanın Ukraynada əməliyyatı başlayandan rəsmi Tokio açıq-aşkar anti-Rusiya kursu götürüb və qarşılıqlı faydalı əməkdaşlığın pozulmasına səbəb olub.
"Bu xəttin apoteozu səkkiz rus diplomatının Yaponiyadan qovulması olub. Rusiya tərəfi qarşılıqlılıq prinsipini rəhbər tutaraq, 8 yapon diplomatik işçisinin mayın 10-dək ölkəmizi tərk etməsini tələb edib", - nazirliyin bəyanatında deyilir.