Moskva birjasının açıqlacağı tarix açıqlandı
Fevralın 28-dən bağlanan Moskva birjası martın 21-də ticarətə qismən açılacaq.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina bildirib.
Nabiullina Moskva Birjasındakı dalğalanmalara görə əməliyyatları dayandırmaq məcburiyyətində qaldıqlarını deyib:
"Artıq əməliyyatlara mərhələli şəkildə başlamağa hazırıq. Bazar ertəsi günü Rusiya dövlət istiqrazlarının (OFZ) rublu ilə əməliyyatları başlayacaq. Dəyişmələrin qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı OFZ alışlarını həyata keçirəcək”.
O qeyd edib ki, Mərkəzi Bankının uçot dərəcəsini 20 faizə qaldırması müvəqqətidir: "Vəziyyət kifayət qədər sabitləşdikdə faiz də azalacaq".
E.Nabiullina əlavə edib ki, fevral ayının sonunda Rusiyada banklardan böyük miqdarda nağd pul çıxarılıb: "Bu pulun son 2 həftədə banklara qayıtdığını görürük”.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu gün keçirdiyi iclasda uçot dərəcəsini 20 faiz səviyyəsində saxlayıb.
Xatırladaq ki, Moskva birjası Qərb ölkələrinin sanksiyaları səbəbindən fevralın 28-dən ticarətə bağlanıb.