UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı
- 14-10-2020, 10:08
- İdman
UEFA prezidenti Aleksander Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, sloveniyalı funksioner "Sportschau"ya müsahibəsində hələlik situasiyanı diqqətlə izlədiyini bildirib.
"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat yox, idman qurumuyuq. Siyasi mübarizəyə bağlanmaq istəmirik. Bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdir. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək" deyən Çeferin münaqişənin AVRO-2020-nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.