Xüsusi nümayəndə Aİ-nin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqladı
- 26-09-2020, 15:20
- Siyasət
“Münaqişənin sülh yolu ilə həlli üçün hər hansı qeyd şərt irəli sürülmədən substantiv danışıqların aparılması vacibdir”.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
O, həmçinin Aİ-nin bundan öncə olduğu kimi tərəflər arasında etimadın qurulması tədbirləri həyata keçirməyə hazır olduğunu qeyd edib.
XİN başçısı Ceyhun Bayramov isə etimad quruculuq tədbirləri üçün müvafiq məqamın yetişməsinin önəmli olduğunu vurğulayaraq, öncə Azərbaycan ərazilərinin işğalının nəticələrinin aradan qaldırılmasının zəruri olduğunu qeyd edib.