Belçika millisinin üzvü: “Təəssüf ki, Azərbaycanla oyunda qol vura bilmədim”
- 20-11-2023, 19:30
- İdman
“İki məhsuldar ötürmə versəm də, təəssüf ki, qol vura bilmədim”.
“Report” xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Ceremi Doku Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.
21 yaşlı vinger görüşdə poker müəllifi olan Romelu Lukakunu fərqləndirib: “Azərbaycanla matça ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu Lukaku çox effektli idi. Azarkeşlər adımı uca səslə çəkirdilər. Mənim üçün ən vacibi komandama qələbə qazanmaqda kömək etmək idi”.
Qeyd edək ki, Belçika yığması F qrupunu 20 xalla birinci pillədə tamamlayıb. Azərbaycan yığması isə 7 xalla dördüncü olub.