Ronaldu şəxsi antirekordunu təkrarlayıb
![](/uploads/posts/2022-02/medium/1644385749_a7570459-61c4-360a-b72b-64f6a90879cb_850.jpg)
"Report" xəbər verir ki, 37 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə ardıcıl 5 oyunda qol vura bilməyib.
Təcrübəli forvard son olaraq "Börnli" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyununda iştirak edib. Ronaldu qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsüm Premyer Liqada 19 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Yunayted" 23 oyuna 39 xalla 5-ci, "Börnli" isə 20 oyuna 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.