azadses.az » Dünya » AFFA-nın vitse-prezidenti: “Hansısa rəqib üstün görünə bilər, amma bu, kağız üzərindədir”

AFFA-nın vitse-prezidenti: “Hansısa rəqib üstün görünə bilər, amma bu, kağız üzərindədir”

“İddiamız böyük olmalıdır ki, biz də böyüyək”.

Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib.

63 yaşlı mütəxəssis yığmanın qarşılaşmalaradək tam hazır vəziyyətə gətirilməli olduğunu bildirib:

“Bizə tanış rəqiblər düşüb. Kağız üzərində favorit və autsayder də bəllidir. Ancaq ən vacibi odur ki, yığma UEFA Millətlər Liqasındakı uğurlu çıxışını davam etdirmək üçün tam hazır vəziyyətdə olsun. Bunu dərk etmək lazımdır. Hazırda Avropada zəif kollektiv yoxdur. Komanda rəhbərliyi və futbolçular bunu başa düşürlər”.

Sadıqov millinin seçmə mərhələdə toplayacağı xalla bağlı öncədən fikir bildirməyin çətin olduğunu söyləyib:

“Yığma qarşısında hədəf qoyulmalıdır. Püşkatmadan sonra artıq bu yöndə müzakirələr başlayıb. Bizim və rəqiblərin potensialı nəzərə alınaraq hədəf müəyyənləşdirilməlidir. Hesab edirəm ki, böyümək üçün hədəflər də böyük olmalıdır. Komandamız da bunu dərk edib başa düşməlidir”.

Vitse-prezident 2005-ci ildə yığmanın baş məşqçisi olduğu dönəmdə Avstriya ilə Bakıda qolsuz heç-heçə etdikləri DÇ-2006-nın seçmə matçını da xatırlayıb:

“O vaxtdan sonra çox dəyişiklik baş verib. Həmin dönəmdə Avstriyanın Bakıda son şansı idi. İddialı idilər və qələbə qazanacaqları halda mübarizəni davam etdirəcəkdilər. Amma indi biz sıfırdan başlayırıq. Necə olacağını gələcəkdə görəcəyik. Hansısa rəqib bu gün üstün görünə bilər, amma bu, kağız üzərindədir”.

AFFA Məşqçilər Komitəsinin sədri son olaraq Estoniya millisinin baş məşqçisi Tomas Heberlinin “Azərbaycan millisi bizimlə eyni səviyyədədir” fikrinə münasibət bildirib:

“Hər komandaya hörmətlə yanaşmaq lazımdır. Kimin güclü olub-olmadığını oyunlarda sübut etməyə çalışmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
  2. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  3. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  4. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  5. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  6. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  7. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  8. Bakıda yolu keçən qadını avtomobil vurub
  9. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  10. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib