Avstriya millisinin futbolçusu: "Avropa çempionatına vəsiqə qazanmaq başlıca məqsədimiz idi"
- 17-10-2023, 14:45
- İdman
"Avropa çempionatına vəsiqə qazanmaq başlıca məqsədimiz idi".
"Report" xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Marsel Sabitzer deyib.
Azərbaycan yığması ilə Bakıda keçirilmiş AVRO-2024-ün seçmə mərhələsinin oyununda penalti zərbəsini dəqiq yerinə yetirməklə komandasına 1:0 hesablı qələbə qazandıran hücumçu xoşbəxt olduqlarını bildirib: "Əlbəttə, oyunun taleyini daha əvvəl həll edə bilərdik. Amma Azərbaycan millisinin də şansları var idi. Qrupda birinci olub-olmayacağımız o qədər də vacib deyil. Əsas odur ki, qələbə qazandıq".
Qeyd edək ki, yer aldığı F qrupunda xallarının sayını 16-ya çatdıran Avstriya millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib.