azadses.az » Manset » Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi: "Qrupdan çıxmaq istəyirik"

Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi: "Qrupdan çıxmaq istəyirik"

"Turnir başlayanda qrupdan çıxmağı qarşımıza məqsəd qoymuşuq. Sabahkı oyunda da meydana qələbə üçün çıxacağıq".

Bunu "Report"a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Millətlər Liqasında Monteneqroya qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

36 yaşlı mütəxəssis səfərdə 1:0 hesabı ilə üstələdikləri rəqibə doğma meydanda da qalib gəlmək istədiklərini bildirib: "Qrupumuzun çətin və ən yaxşı rəqiblərindən biridir. Komandamızda problem yoxdur, tam heyətlə matça hazırlaşırıq. Bir az yorğunluq var idi. Farer adaları ilə səfər qarşılaşması ağır keçdi, yol da bir az uzun oldu. Sabaha qədər bu da aradan qaldırılacaq. Sevindirici haldır ki, futbolçular milliyə hazır gəliblər. Hamısı çıxış etdikləri ölkələrdə, öz klublarında oyunlara çıxırlar. Belə olan halda yığmada çox yaxşı təsir bağışlayırlar".

Əsgərov gənc komanda olduqlarını vurğulayıb: "Daha əvvəl Avropa və dünya çempionatlarının seçmə mərhələlərində iştirak etmişik. Bunlar çətin keçmişdi. Yarışları müvafiq olaraq 3 və 7 xalla başa vurduq. Bizim kimi yığmalar üçün özümüzü göstərmək baxımından Millətlər Liqası bir stimuldur. Qarşımıza məqsəd qoyduq ki, qrupdan çıxmaq lazımdır. Kipr millisi ilə evdəki qarşılaşmada da üstün oyun sərgiləmişdik. Futbol səhvləri sevmir. Amma biz səhv etdik və rəqib hesabı bərabərləşdirdi. Qələbə qolunu vurmaq üçün şanslarımız olsa da, yararlana bilmədik. Bundan sonra iki ağır səfər oyunundan qələbə ilə ayrıldıq. Hazırda qrup lideriyik. Evdə maksimum nəticə qazansaq, qrupdan çıxa bilərik. Sabahkı oyunda qələbə üçün hər şey edəcəyik".

Qeyd edək ki, oktyabrın 31-də reallaşacaq Azərbaycan - Monteneqro görüşü saat 16:00-da başlayacaq. Milli C Liqasının C3 qrupunda 7 xalla liderdir. Monteneqro 6 xalla ikinci, Kipr 4 xalla üçüncü sırada qərarlaşıb. Sonuncu yerdəki Farer adalarının isə xalı yoxdur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”