Romelu Lukaku Avropa yığmalarının ən məhsuldar 4-cü futbolçusu olub
- 21-06-2023, 09:56
- İdman
Belçika millisinin hücumçusu Romelu Lukaku Avropa yığmalarının heyətində ən məhsuldar 4-cü futbolçu ünvanını ələ keçirib.
“Report”un məlumatına görə, 30 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə oyunda bunu bacarıb.
Komandasının 3:0 hesablı qələbəsinə dublla töhfə verən Lukaku 108-ci görüşündə qol sayını 75-ə çatdırıb. O, hazırda macarıstanlı Şandor Koçsişlə 4-cü yeri bölüşdürür. Koçsişə bu saya çatmaq üçün 68 matç kifayət edib.
Avropa yığmalarının heyətində ən məhsuldar futbolçu Kriştianu Ronaldudur. 38 yaşlı ulduz futbolçu Portuqaliya yığmasının heyətində 200 qarşılaşmada 122 dəfə fərqlənib. Ferens Puşkaş (Macarıstan və İspaniya - 89 oyunda 84 qol) ikinci, Robert Levandovski (Polşa - 141 oyunda 78 qol) üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Romelu Lukaku 2010-cu ildən Belçika yığmasının formasını geyinir.