Avropa çempionu olan karateçi: "Artıq rəqiblər bizdən çəkinir"
- 1-11-2023, 16:01
- İdman
"Artıq rəqiblər bizdən çəkinir. Həm də hörmət etmək məcburiyyətindədirlər".
Bunu "Report"a açıqlamasında Litvanın Kaunas şəhərində keçirilmiş kudo üzrə Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan karateçisi Vüsal Əliyev deyib.
İdmançı yarışa qələbə üçün getdiklərini və buna nail olduqlarını bildirib: "Ali Baş Komandan, cənab İlham Əliyevin həm əsgəri, həm də idmançısı olmaq mənim üçün fəxrdir. Bu, çətin idman növü olduğundan 30 il ərzində Avropa və dünya çempionatlarında nəticəmiz yox idi. Azərbaycan Koşiki Karate-do Federasiyasının prezidenti Rafael Bunyatov, fəxri prezidenti Adnan Əhmədzadə, vitse-prezident Vəliyulla Bünyatovun dəstəyi, köməyi və yaratdıqları şərait nəticəsində bu uğurlara nail olmuşuq".
Əliyev turnirdə zədələr aldıqlarını da söyləyib: "Amma bunlar bizi saxlaya bilməzdi. Qalib komandirin qalib əsgərləriyik. Artıq bu növdə bir dünya, iki Avropa çempionumuz, yeniyetmələr arasında da dünya çempionu olan xanım idmançımız var".
Qeyd edək ki, kudo millimiz Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.