azadses.az » İdman » Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub - YENİLƏNİB

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə yığma 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü qitə çempionluğudur.

Kollektiv medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Yığma həm də bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

22:58

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 125 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada italiyalı Abraham Konyedonla üz-üzə gəlib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Meşvildişvili qitə üçüncüsü olub.

Bununla da sərbəst güləşçilər yarışı 6 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) və Osman Nurmaqomedov (92 kq) gümüş, Abubakr Abakarov (86 kq) isə bürünc medal əldə ediblər. Avropa çempionatı aprelin 23-də başa çatacaq.

22:29
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, 92 kq-da çıxış edən idmançı finalda türkiyəli Feyzullah Aktürklə üz-üzə gəlib. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran Nurmaqomedov ikinci yarıda üstünlüyünü qoraya bilməyib.

Yekunda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi fəxri kürsünün ikinci pilləsinə qalxıb.

21:27

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada slovakiyalı Boris Makoyevi sınağa çəkib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Abakarov Avropa üçüncüsü olub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı