Xetaq Qazyumov: “Dünya çempionatında olimpiadaya minimum 6 lisenziya hədəfləyirik”
- 12-09-2023, 21:07
- İdman
“Ambisiyalı məşqçiyəm, dünya çempionatında olimpiadaya minimum 6 lisenziya hədəfləyirik”.
“Report”un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında hədəfləri barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis mundiala döyüşkən heyətlə yollanacaqlarını bildirib: “Qeyri-olimpiya çəkilərində əsasən gənclərə üstünlük vermişik. Olimpiya çəkilərində isə təcrübəlilər yer alıblar. İdmançılarımız dünya çempionatında öz sözlərini demək istəyirlər. Maksimum güclərini ortaya qoymaları üçün çalışırıq. Məsələn, Avropa çempionumuz Əliabbas Rzazadədən (57 kq) minimum olimpiadaya lisenziya qazanmağı gözləyirəm. Maksimumu arzulayan insan kimi onun dünya çempionu olmasını istəyirəm”.
O, üçqat dünya çempionu Hacı Əliyevdən (65 kq) uğurunu təkrarlamasını gözləyir: “Dünya və Avropa çempionumuz Hacı Əliyevə də ümidimiz böyükdür. Hazırda çox yaxşı formadadır. İnanıram ki, hansısa zədə və ya problem onun yenidən dünya çempionu olmasına mane olmayacaq”.
Baş məşqçi 74 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı Turan Bayramovla bağlı da xoş fikirlər səsləndirib: “Turan Bayramov istedadlı gənclərimizdəndir. O, bu il gənclər arasında Avropa çempionatının qalibi olub, beynəlxalq turnirdə uğurlu çıxış edib. Təlim-məşq toplanışını da yüksək səviyyədə keçirdi. Hər şey öz əlindədir. Fikrimcə, qızıl medal qazanmağa, ən pis halda olimpiadaya lisenziya əldə etməyə hazırdır”.
Xetaq Qazyumov digər güləşçilərdən Abubakr Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvilidən (125 kq) də dünya çempionluğu gözləyir: “İstər olimpiya, istərsə də qeyri-olimpiya çəkilərində maksimum nəticəni hədəfləyirik. Bunun üçün güləşçilərimiz xarakter nümayiş etdirməli və görüşlərə yüksək motivasiya olunmalıdırlar. Əlbəttə ki, rəqiblər güclüdürlər. Ancaq bizim üçün ən vacibi özümüzük. Hansısa komandanın bizə maneə törədəcəyi barədə düşünmürük”.
Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 sərbəst güləşçi ilə yollanacaq.