Rüstəm Orucov: “Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”
“Bu, mənim üçün şərəfli missiyadır. Bayraqdar seçildiyimi eşidəndə çox sevindim, mənə xüsusi motivasiya gəldi. Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”.
“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanacaq komandanın bayraqdarı seçilməsi barədə danışarkən deyib.
73 kq-da mübarizə aparan idmançı olimpiadadakı hədəfini açıqlayıb:
“2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında da bizə demişdilər ki, yaponiyalı idmançılar oradadırsa, şans yoxdur. Amma gördüyünüz kimi, həmin yarışda iki medal qazandıq. Mən finala çıxmışdım. Ən azı, həmin uğuru təkrarlamağa çalışacağam”.
2016-cı ilin Avropa çempionu bildirib ki, olimpiada sıradan turnir deyil:
“Orada zəif idmançı olmur. Mənim çəkimdə 36 cüdoçu mübarizə aparacaq. Hər birinə qarşı fərqli hazırlıqla çıxmaq lazımdır. Heç bir rəqibimi zəif hesab etmirəm”.
Koronavirusa yoluxduğu üçün altı ay güləşə bilmədiyini söyləyən Orucov hazırda yaxşı formada olduğunu vurğulayıb:
“Olimpiadaya görə son dünya çempionatını da buraxdım. Çünki Oyunlara bir ay qalmışdı, dedilər ki, zədə səbəbindən orada iştirak etməməlisən. Amma Xorvatiyadakı sonuncu təlim-məşq toplanışında idman formamın yaxşı olduğunu dedilər. Formamı qoruya bilsəm, nəticə müsbət olacaq”.
Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də tatamiyə iyulun 26-da çıxacaq.