“Böyük dəbilqə”: Cüdo komandamız 15-ci yerdədir
- 7-03-2021, 09:00
- İdman
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində ikinci günün yarışlarına yekun vurulub.
Komandamız bir bürünc medalla 15-ci pillədədir. Yaponiya komandası beş qızıl, bir gümüş, bir bürünc medalla turnir cədvəlinə liderlik edir.
Yığmamızın aktivinə bürünc medalı Rüstəm Orucov (-73 kq) yazdırıb. Belə ki, R.Orucov ilk görüşlərində sloveniyalı Martin Xoyakı, sonra rusiyalı Oleq Bobqoyevi mübarizədən kənarlaşdırıb. Növbəti qarşılaşmada Ferdinand Karapetyana məğlub olan cüdoçumuz təsəlliverici görüşdə yerli idmançı Murodcan Yoldaşev üzərində üstünlüyünü nümayiş etdirib. R.Orucov üçüncü yer uğrunda Özbəkistan komandasının digər üzvü Abidxan Nomonovu məğlub edərək bürünc medala sahib olub.
Mübarizə aparmış digər cüdoçularımız isə yarışı medalsız tərk ediblər. Belə ki, 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Şiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib. Həmin çəki dərəcəsində daha bir idmançımız – Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Qilyerme Şimidtə uduzaraq turnirdə çıxışını başa vurub.
Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.