Azərbaycanlı idmançı koronavirusa yoluxub - RƏSMİ
- 31-08-2020, 12:47
- İdman
"İdmançılar təlim-məşq toplanışına başlayana qədər koronavirus testindən keçir".
AzxeberSport-un məlumatına görə, bu fikirləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin "Facebook" səhifəsində canlı yayımda danışarkən deyib.
O bildirib ki, nazirlik tərəfindən hansısa idmançının koronavirusa yoluxduğu aşkarlanmayıb. Mansurov Azərbaycanın olimpiya çempionu olan güləşçisi Şərif Şərifovun Rusiyada koronavirusa yoluxduğunu və daha sonra sağaldığını deyib.