İki güləşçimiz son reytinq yarışında Olimpiya çəkisində mübarizə aparmayacaq
8-13 iyun tarixlərində Varşavada ilin son reytinq yarışı olan Polşa Açıq turniri keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu yarışda Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançılar çıxış edəcək.
Belə ki, sərbəst güləşdə Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (82 kq), İslam Abbasov (97 kq) və qadın güləşində Mariya Stadniklə (50 kq) Elis Manolova (68 kq) Azərbaycanı təmsil edəcək.
Bu yarışda Hacı Əliyevin Olimpiadada yarışacağı 65 kq-da və Rafiq Hüseynovun 77 kq-da yox, qeyri-Olimpiya çəkilərində yarışması artıq dərəcədə çəki salmamaq üçün atılıb. İslam Abbasov isə Olimpiadada yarışacağı 87 kq-da yox, düz 10 kq artıq olan digər Olimpiya çəkisində mübarizə aparacaq.
Qeyd edək ki, bu yarış həm bəzi idmançılar üçün Olimpiada öncəsi son sınaq olacaq, həm də reytinq siyahısını müəyyənləşdirəcək. Həmin reytinqə əsasən Tokio Olimpiadasında və oktyabrda Osloda keçiriləcək dünya çempionatında güləşçilərimizin güclülər və ya zəiflər səbətində yer alması müəyyənləşəcək.
Onu da bildirək ki, reytinqdə hər çəki üzrə ilk üçlükdə yer alan güləşçilərdən birinci sırada olana 10 min, ikinci yerdəkinə 7 min və üçüncü pilləni tutana 3 min İsveçrə frankı veriləcək.
Səbuhi Musayev