İdman tarixində ilk: Transseksual qadın Olimpiada komandasına daxil edildi
Transgender Lorel Habbard Tokio Olimpiadasında Yeni Zelandiyanın ağır atletika komandasına qoşulub.
TASS-ın məlumatına görə, bu barədə ölkənin Milli Olimpiya Komitəsi məlumat verib.
“Tokio Olimpiadası üçün Yeni Zelandiya ağır atletika komandası üçün beş idmançı seçildi. Komandaya üç qadın - Lorel Habbard, Kana Endryus-Nau, Megan Signal və iki kişi - Devid Liti və Kameron Maktaggart daxil edilib. Bütün atletlər Olimpiya Oyunlarının debütantıdır”, - deyə məlumatda bildirilib.
Lorel Habbard Olimpiadalarda iştirak edən ilk transseksual olacaq. Yeni Zelandiya Olimpiya Komitəsinin rəhbəri Kereyn Smitin sözlərinə görə, 43 yaşlı Habbard Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) meyarlarına və transseksual idmançılar üçün Beynəlxalq Olimpiya Komitəsinin təlimatlarına tam cavab verir.
Qeyd edək ki, Tokiodakı Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.