İlham Əliyev Olimpiya Oyunları ilə bağlı qərar verdi
- 24-02-2020, 12:04
- Siyasət
Nazirlər Kabinetinə tapaşırıqlar verilib
Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.