Rusiyaya 4 illik qadağa qoyuldu
- 9-12-2019, 14:08
- İdman
İdmançılar olimpiadalarda çıxış etməyəcək, yarış üçün müraciət qəbul edilməyəcək
Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. Bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar verib.
Qərara əsasən Rusiya 4 il ərzində dünya çempionatları keçirmək və onların keçirilməsi üçün müraciət etməkdən məhrum edilir. Ölkəni təmsil edən idmançılar Olimpiyada və dünya miqyaslı yarışlarda milli bayraq altında iştirak edə bilməyəcəklər.
Dörd illik qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.