Tokio Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışların xarici azarkeşlər olmadan keçiriləcəyini elan edib. Bu barədə “Kyodo” məlumat yayıb. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə təxirə salınan Olimpiya Oyunları 2021-ci ilin 23 iyul-8 avqust tarixlərində keçiriləcək.