"Keşlə" "Qəbələ"ni məğlub etdi
- 7-11-2020, 15:21
- İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
''Azad Səs''-in məlumatına görə, turun ilk matçında "Keşlə" "Qəbələ"ni qəbul edib. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "Qəbələ"ni önə keçirib. 41-ci dəqiqədə Sezar Meza Kolli tarazlığı bərpa edib. 75-ci dəqiqədə Asif Məmmədov avtoqol müəllifi olub. 90-cı dəqiqədə isə Silvio Rodriqes oyunda son nöqtəni qoyub.
"Keşlə" qələbə sayəsində xallarının sayını 12-ə yüksəldib və 5-ci sıradakı yerini möhkəmləndirib. Əyalət təmsilçisi isə 8 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, günün digər matçında "Səbail" "Sumqayıt"ı qəbul edəcək. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq.Report