Türkiyə millisi karantinə alındı
- 12-11-2020, 15:40
- Dünya
![](/uploads/posts/2020-11/medium/1605184759_jhkjn.jpg)
Modern.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.
Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.
Qeyd edək ki, Türkiyə - Rusiya matçı noyabrın 15-də olacaq.