Bu gün Avropa Liqası üçün “kor püşk” atılacaq
- 26-02-2021, 17:00
- İdman
İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Bu mərhələdə “kor püşk” olacaq. Belə ki, komandalar səbətlərə bölünməyəcək və eyni ölkənin təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcək.
Avropa Liqası
1/8 final mərhələsinin iştirakçıları
“Milan”, “Roma” (hər ikisi İtaliya), “Ayaks” (Niderland), “Arsenal”, “Mançester Yunayted”, “Totenhem” (hər üçü İngiltərə), “Dinamo” (Xorvatiya), “Dinamo”, “Şaxtyor” (hər ikisi Ukrayna), “Qranada”, “Vilyareal” (hər ikisi İspaniya), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Yanq Boyz” (İsveçrə).
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 11-də, cavab matçları isə bundan bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da start götürəcək.