Bakıda özünü 4-cü mərtəbədən yerə atan 64 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB
- 16-12-2019, 07:50
- Kriminal
Bakının Qaradağ rayonunda özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atan Mütəllimova Həqiqət Əli qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Xəstəxanaya yerləşdirilən qadın qızının bir neçə gün öncə öldüyünü bildirib və buna görə özünə qəsd etdiyini demişdi.
****
01:02
Bakının Qaradağ rayonunda 69 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.
Hadisə rayonun Müşviqabad qəsəbəsi, Yeni Yaşayış massivi, ev 73 ünvanında baş verib.
1950-ci il təvəllüdlü Mütəllimova Həqiqət Əli qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi ilə onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, qadın qızının bir neçə gün öncə öldüyünü bildirib və buna görə özünə qəsd etdiyini deyib.
APA