Azərbaycanda doğuşda 2 faciə
- 15-11-2019, 13:21
- Hadisə
Ağdaşda ana, Tərtərdə isə körpə öldü
Azərbaycanda iki doğuş faciə ilə nəticələnib. Ölüm hadisəsi Ağdaş rayonunda baş verib. 37 yaşlı rayon sakini Sevda Musayeva Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı keçirib. Uşaq götürülsə də, əməliyyatdan sonra ana ölüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Tərtərdə isə dünyaya gələn körpə ölüb. Fakt Tərtər Mərkəzi Rayon Xəstəxanasının doğum evində qeydə alınıb.
Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü İlahə Eldar qızı Axundova doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.
Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
qafqazinfo.az