“Azərişıq”ın elektrikini elektrik vurub öldürdü
- 10-12-2019, 09:48
- Hadisə
Ustanın ölümü ilə bağlı cinayət işi açılıb
Kürdəmir Elektrik Şəbəkəsi ustasının faciəvi ölümü ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı istintaq davam edir.
Xatırladaq ki, hadisə dekabrın 8-də rayonun Xırdapay kəndi ərazisində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cəryanı vuraraq öldürüb. Məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edirmiş. Bu zaman onu elektrik cəryanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb.