BDU-nun zəhərlənərək ölən nişanlı tələbəsi dəfn edildi
- 23-11-2019, 13:25
- Hadisə
Şəkər Xasmətovanın ailəsi dəfn üçün Rusiyada olan ailə başçısını gözləyib
Bakı Dövlət Universitetinin yataqxanasında qidadan zəhərlənərək ölən 4-cü kurs tələbəsi Şəkər Faiq qızı Xasmətova bu gün doğulduğu Qusarın Xürel kənd qəbristanlığında dəfn olunub. İstiPress-in Şimal bürosunun məlumatına görə, tələbənin atası Rusiyada işlədiyi üçün ailə üzvləri onu gözləyiblər. Faiq Xasmətov bu gecə doğma kəndinə çata bilib.
Dəfn mərasimində kənd sakinləri, rayon, kənd ictimaiyyətinin nümayəndələri, qohumları ilə yanaşı mərhumun oxuduğu fizika fakültəsinin rəhbərliyi və tələbə yoldaşları da iştirak edib. BDU-nun fizika fakültəsinin dekanı Məmmədəli Ramazanov İstiPress-ə bildirib ki, universitetin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərə qatıldığından özü Qusara gedə bilməsə də dəfndə dekan müavinləri-Məhəmməd Məhərrəmov və Vüsal Məmmədov və tələbələrin bir qrupu qatılıb.
M.Ramazanov dünyasını dəyişən tələbəsi Şəkər Xasmətovanı savadlı və qabiliyyətli tələbə kimi tanıdığını, onun digər tələbələrdən fəallığı ilə seçildiyini söyləyib: "Adi zəhərlənmədir. Mən noyabrın 21-də xəbər çıxandan bütün günü toksikiologiya mərkəzində oldum. Meyiti Qusara yola salana kimi gözlədim. Anası, qardaşı və nişanlısı da orda idi".
Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında 3 tələbə qız zəhərlənib. Qızlardan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.
Ölən tələbə nişanlı olub və onun yayda toyu olmalı idi.