azadses.az » Hadisə » İntihara cəhd edən direktordan Dubayla bağlı iddialara cavab: “Onlar məni abırsız etdilər”

İntihara cəhd edən direktordan Dubayla bağlı iddialara cavab: “Onlar məni abırsız etdilər”

“Hadisələrin gedişatı şişirdilib. Mən uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Hərə birindən nəsə məlumat alıb yazır. Amma nüfuz deyilən bir şey var. Məni bu hərəkəti etməyə vadar edən (intihara - red.) məni hörmətsiz etmələri ilə bağlı oldu. Mənim 62 yaşım var, tanıdığım heç bir adamın yanında gözükölgəli deyiləm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Gəncə şəhəri 1 saylı tam orta məktəbin direktoru Mətanət Qarayeva deyib.

O bildirib ki, onu intihara sövq edən barəsində yayılan və yazılan qeyri-dəqiq məlumatlardır:

“İnanın ki, yazılanların 80 faizi həqiqətə uyğun deyil. Amma orada insan həyatını məhv edən səbəblər var. Mən sizdən iki gün möhlət istəyirəm. Hüquq-mühafizə orqanları məsələni araşdırsın, mən sizə yekun barədə məlumat verəcəyəm. Mən vəzifə üçün yox, müəllimlik fəaliyyətim, nüfuzum üçün mübarizə aparırdım. İntihara cəhddən əvvəl mən aidiyyəti qurumlara məktub yazıb, müraciət etdim. Müraciətimdə də onlara məsələnin araşdırılmasını, yoxsa özümə qəsd edəcəyimi yazmışdım. Lakin qurumlar mənim müraciətimə laqeyd yanaşdılar. Mən də bu laqeydlikdən pis oldum, səbirsizlik edib belə bir addım adım. Mən çoxunun anası yaşındayam, ayıbdır, yazırlar Dubay səfəri, nə bilim nə. Mən heç bilmirəm, Dubayın yolu haradır, heç mənim pulum da yoxdur, yatsam da, yuxuma girməz Dubaya getmək. Bunu kimlər etdirirsə, hüquq-mühafizə orqanları həqiqəti aşkara çıxaracaq. Mən heç kimi təhqir etmirəm, heç kimdən də incimirəm. Mənim intriqa ilə işim yoxdur. Şərəf və ləyaqətimə, şəxsiyyətimə toxunduqları üçün intihara cəhd etmişəm”.

O bildirib ki, özünəqəsd etməyinə səbəb işdən çıxması üçün ona edilən təzyiqlərin dayandırılmaması olub:

“Mən adam öldürməmişəm, dövlət vəsaitini yeməmişəm ki, qorxub özümü öldürüm. Vəzifəmi təhvil verməyimə, işdən getməyimə dair mənə basqı edirdilər. Sadəcə olaraq ləyaqətimin alçaldılmasına, mənə qarşı olan yerli-yersiz basqılara dözə bilməyib canıma qəsd etməyə cəhd etdim. İntihar etdiyim gün buna hazır deyildim, ani bir iş idi, etdim. Mən ölümdən qorxmuram, abırsız insan deyiləm. Amma onlar məni abırsız etdilər. Tək istəyim məsələnin araşdırılması və pedaqoq kimi adıma yaxılan ləkənin təmizlənməsidir”.

14:54

Məlum olduğu kimi, bir neçə gün əvvəl Gəncədə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı məlumat yayılmışdı. Direktorun 14 ədəd həb içərək intihara cəhd etdiyi bildirilirdi. M.Qarayeva dərhal xəstəxanaya çatdırılmış və ona ilkin tibbi yardım göstərilmişdi.

Uşaqları kiçik yaşlarından şəxsiyyət kimi yetişdirən, onları həyatın çətinliklərinə hazırlayan təhsil müəssisəsinin rəhbəri hansı səbəbdən belə addım ata bilər? Məktəb direktorunu intihara nə məcbur edib?

Bu suallarla bağlı araşdırma apardıq.

Məlum oldu ki, intihara cəhd edən M.Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ona xəbərdarlıq olunub. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.

İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan “Qafqazinfo”ya ölkədə olmadığı halda adı məktəbdə gedən müəllimin olduğunu təsdiqlədilər.

Bildirilib ki, idarənin əməkdaşları tərəfindən İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib:

“Aidiyyəti orqanlar tərəfindən təqdim edilən sorğunun cavabında məlum olub ki, məktəbin sabiq ingilis dili müəlliminin ötən il dekabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana gəlməsi, bu il yanvarın 10-da isə Dubay şəhərinə getməsi faktı öz əksini tapıb.

Belə olduğu təqdirdə həmin müəllimin müəyyənləşdirilmiş müddət ərzində hesabına qanunsuz olaraq əməkhaqqı köçürülməsi faktı təsdiqini tapmış olur”.

İdarədən həmçinin bildirilib ki, qeyd olunanları nəzərə alaraq həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib:

“Belə ki, T.Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib.

T.Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olması müəyyən edilib.

Qeyd edək ki, siniflər üzrə müvafiq jurnallara nəzarət, dərslərin cədvəl üzrə fənn müəllimləri tərəfindən tədris edilməsi, ümumillikdə tədris prosesinə nəzarətin həyata keçirilməsi təlim-tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasına aiddir. Əgər bir müəllim işdə olmursa, direktor müavinin ona göz yumması cinayət tərkibi yaradır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir”.

Mövzu ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevlə əlaqə saxladıq.

O, məktəb direktoruna təzyiqlərlə bağlı deyilənləri təkzib etdi.

Bildirdi ki, M. Qarayevaya işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq olunub, lakin o xəbərdarlığa məhəl qoymayıb.

Direktorun yerinə başqa təyinata gəlincə, A. Qədiməliyev bildirib ki, idarə tərəfindən məktəbə direktor təyinatı həyata keçirilmir:

“Məktəb direktoru kimi çalışmaq üçün imtahan vermək və müsahibədən keçmək lazımdır. Bu isə təhsil idarəsinin səlahiyyətində olan məsələ deyil”.

Qeyd edək ki, Gəncədəki İsmət Qayıbov adına 1 nömrəli məktəb şəhərin ən qədim təhsil ocaqlarındandır. Əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulan məktəbdə müxtəlif zamanlarda tanınmış ziyalılar təhsil alıb və çalışıblar.

1992-ci ildən isə məktəbə bir vaxtlar orada təhsil almış sabiq baş prokuror İsmət Qayıbovun adı verilib. Mindən çox şagirdin təhsil aldığı sözügedən təhsil müəssisəsinə 2011-ci ildən isə Mətanət Qarayeva rəhbərlik edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?