Manaf: "Uşaqlar deyirdi ki, şərhlərdə söyüş söyürlər, mənə çatmırdı"
- 25-01-2021, 15:10
- Mədəniyyət
Şou-biznesin ən zəngin məşhurlarından hesab olunan Manaf Ağayev müharibə dövründə haqqında yazılan xəbərlərdən danışıb.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, ARB telekanalında yayımlanan “Hüseynova Bacıları” verilişinin qonağı olan sənətçi onun haqqında yazılanların sifarişli olduğunu deyib:
“Mənə uşaqlar deyirdi ki, şərhlərdə söyüş söyürlər, mənə çatmırdı. 35 ildə mənə söyüş, təhqir edən olmayıb. Ancaq yaxşı şeylər yazıblar. Bir dəfə Mətanət Əsədovanı müdafiə edəndə olmuşdu. Mənim qarşıma bir müğənni çıxarın deyin ki, mən elədiyim yardımı kimsə edibsə, mən bu ölkədən çıxıb gedərəm.
Fədayə Laçının başına iş gələndə 2 il mən onun evinə də, olduğu yerə də yardımlar etdim. Həmçinin İlham Mirzəyevə də. Halal xoşları olsun. Onların heç biri ilə dost deyiləm. Haqqımda pis şeylər yazılanda bağımda yeyib içən adamlar biri çıxıb demədi ki, “Allahınız olsun”. Bircə Vasif Məhərrəmli etdi. Hamı dedi ki, Manafın oğlu niyə getmədi? Manafın oğluna çağırış gəldi getmədi?! Niyə məhz Manafın oğlu? Manafdan başqa müğənni yoxdurmu? Bunları yazdıranlar öz içimizdəndir, toylarda ağız-ağıza öpüşdüyümüz adamlardır. Əlimdə səs yazıları var. Özləri bilir kimlərdir. Biri kişidir, biri qadın”.