Azərbaycanda 16 yaşlı qız ailəsi ilə mübahisədən sonra intihara cəhd etdi
- 13-03-2021, 08:38
- Cəmiyyət
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonun mərkəzindəki körpüdə baş verib.
Belə ki, Tovuz sakini, 2006-cı il təvəllüdlü F.M özünü körpüdən ataraq intihara cəhd edib. Təcili xəstəxanaya yerləşdirilən qızın həyatını xilas etmək mümkün olub.
Müayinə zamanı qıza çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti stabildir.
İlkin ehtimallara görə, o, ailədaxili münaqişədən sonra bu addımı atıb.
Könül Cəfərli