Qazaxda bədbəxt hadisə: Partlayışda yeniyetmə bacı-qardaş yaralandı
![](/uploads/posts/2022-04/medium/1650730924_e0ba1577-e179-3097-ba75-7f6ff2d77c6c_850.jpg)
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.
İlkin məlumatlara görə, bacı-qardaş ərazidə mal-qara otaran zaman hələ ki dəqiq bilinməyən partlayıcı aşkarlayıblar. Oğlan onu yerə çırpan zaman kiçik partlayış baş verib.
Xəsarət alanlar 2010-cu il təvəllüdlü Nuriyev Cavad Mikayıl oğlu və onun bacısı, 2008-ci il təvəllüdlü Nuriyeva Nabad Mikayıl qızıdır. N.Nuriyevanın vəziyyəti normal, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.