Samuxda evdə partlayış olub, nənə və nəvə xəsarət alıb
![](/uploads/posts/2022-04/medium/1648992838_fotojet-52-1.jpg)
“Report” xəbər verir ki, rayonun Ziyadlı kəndində qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində 1937-ci il təvəllüdlü S.Ağayeva və nəvəsi, 1993-cü il təvəllüdlü H.Ağayev müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.