Qəbələ rayonunda 20 yaşlı oğlan bədbəxt hadisə zamanı ölüb.
Oxu.Az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü, Bum qəsəbə sakini Murad Umarov meşədə kəsdiyi ağac qırılaraq onun başına düşüb.
M.Umarov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.