Uşağın əli ətçəkən maşında qaldı - 4 barmağı kəsildi
- 30-08-2020, 16:13
- Hadisə
Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki, 2018-ci il təvəllüdlü İdrisova Zəhra Vilayət qızı evdə böyüklərin gözündən yayınaraq əlini elektriklə işləyən ət maşınına salıb. Bu zaman azyaşlı sol əlindən ciddi xəsarət alıb.
Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlərin səyinə baxmayaraq azyaşlının sol əlinin dörd barmağı amputasiya olunub.
Hazırda uşağın müalicəsi davam etdirilir.Report