Qazaxda arıçı arı sancmasından öldü
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cəfərli kəndində, “Bayram bulağı” deyilən ərazidə baş verib.
Belə ki, arının sancmasından sonra halı pisləşən Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayev xəstəxanaya aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, T.Qocayev həmin ərazidə arıcılıqla məşğul olub.
Faktla bağlı araşdırma aparılır.