Sabirabadda avtomobil 60 yaşlı kişini vurub
![](/uploads/posts/2021-05/medium/1622330834_rep-81804c3dcf3f79b8aeedea4a161ea3d4.jpg)
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Şixsalahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Famil Kamil oğlu yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Qəza nəticəsində müxtəlif xəsarətlər alan F. Məmmədov Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.