2 yaşlı övladının oğurlanmasına görə saxlanılan ata efirdə nə demişdi?
Xəbər verdiyimiz kimi, Sabunçuda oğurlanan 2 yaşlı uşaqla bağlı açılan cinayət işi ilə əlaqədar bu gün azyaşlının atası Elgün Nəsirov da istintaqa cəlb edilib.
“Azadsəs.az” xəbər verir ki, bir neçə gün əvvəl ARB televiziyasının efirində yayımlanan “Səni axtarıram” verilişində qonaq olan uşağın atasının fikirləri sosial şəbəkələrdə müzakirə olunmuşdu. Belə ki, verilişdə atanın səsləndirdiyi ifadələr birmənalı qarşılanmayıb. Eyni zamanda, studiyada qonaq olan digər şəxslər tərəfindən ataya qarşı müxtəlif ittihamlar səsləndirilib. Bildirilib ki, Elgünün necə biri olduğunu Sabunçuda hamı tanıyır.
E. Nəsirov isə çıxışında qeyd edib ki, bu qadından hər dəfə soruşanda cürbəcür bəhanələr edirdi: “Mən qadından soruşanda dedi ki, tanımıram. Sonra mənə dedi ki, maşına kimi ötür. Daha sonra həmin qadın gedib qara paltarını dəyişib göy paltarda gəldi. Axşam tərəfi idi. Afətin bu məsələdə əli var. İstintaqa getmir, polislər onu güclə aparır”.
Qeyd edək ki, azyaşlı yanvarın 8-də tapılaraq sığınacağa yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova ilə birlikdə onunla qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev saxlanılıb.