“Axırda mənə dedilər ki, Aslanı basdırıblar” - Video
- 13-12-2021, 16:12
- Hadisə
Mərhum müğənni Aslan Hüseynovun atası oğlunun vəfatından sonra ilk dəfə danışıb.
“Azadsəs.az” xəbər verir ki, “Elgizlə izlə” proqramına müsahibə verən ata oğlu ilə bağlı xatirələrini bölüşüb, onun vəfatından xəbərsiz olduğunu, yalnız torpağa tapşırılandan sonra məlumatlandırıldığını açıqlayıb:
“İki universitet bitirmişdi. Aslan çox yaxşı oğul idi. Gəldi ki, gedirəm Gəncəyə. Dedim ki, getmə, ana orada deyil. Getməyəcəm deyib, amma gecə durub gedib. Mən də xəstə idim, dedilər, Aslan qəza keçirib, Türkiyəyə aparıblar. Sən demə, onu dəfn belə ediblər. Hər gün deyirdim ki, Aslan haradadı, niyə zəng etmir. Axırda mənə dedilər ki, ata, Aslanı artıq basdırıblar”.
Oğlundan danışan ata göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, müğənni A.Hüseynov mayın 4-də yol qəzasında həyatını itirib.