Bağçada konfetə qonaq edilən uşaq narkotikdən zəhərləndi
Bu barədə “RİA Novosti” hüquq mühafizə orqanlarındakı mənbəyə istinadla bildirib.
Bildirilir ki, konfet bağçada verilsə də, uşaq onu evə gətirdikdən sonra yeyib.
Bundan sonra o, özünü pis hiss edib və xəstəxanaya aparılıb. Orada isə uşağın narkotik maddədən zəhərləndiyi təsbit olunub.
Hadisə ilə bağlı istintaqa başlanılıb.