Bakıdakı aksiya ilə bağlı - Rəsmi açıqlama
Bu gün səhər saatlarında bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.
“Azadsəs.az” xəbər verir ki, onlar hüquqlarının pozulduğunu bildirərək nazirliyin qarşısına toplaşıblar. Etirazçılar arasında əlilliyi olan şəxslər də olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiya iştirakçıları arasında saxlanılanlar var.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, həmin şəxslərdən saxlanılan olmayıb: “Saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar nazirliyin önünə toplaşıb. Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb”.