Kanadada rekord sayda yoluxma qeydə alındı
- 3-10-2020, 08:01
- Dünya
![](/uploads/posts/2020-10/medium/1601701231_ooo.jpg)
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Belə ki, ölkədə bir sutka ərzində 2 124 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxanların ümumi sayı 162 659 nəfərdir. Ən çox yoluxma halı Kvebek və Ontario əyalətlərində qeydə alınıb.
Pandemiya nəticəsində ümumilikdə 9 409 pasiyent həyatını itirib. Müalicə olunan 137,6 min nəfər isə sağalıb.